"Çelsi" Klublararası Dünya Çempionatında yarımfinala yüksələn 2-ci komanda olub.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Braziliyanın "Palmeyras" klubunu 2:1 hesabı ilə məğlub edərək bu uğura imza atıb.

"Çelsi"yə qələbə gətirən qolları Koul Palmer və Veverton (öz qapısına) vurub.

Qeyd edək ki, ilk yarımfinalçı "Əl-Hilal"ı məğlub edən "Fluminense" olmuşdu.

Bu gün digər 1/4 final qarşılaşmaları da keçiriləcək:

20:00 PSJ - "Bayern Münhen"

00:00 "Real Madrid" - "Borussiya Dortmund"