"Lill"in sabiq hücumçusu Conatan David "Yuventus"la müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı kanadalı ilə müqavilə 2030-cu ilin yayına qədər qüvvədədir.Oyunçu azad agent kimi "Yuventus"a keçib.
David 2020-ci ildən "Lill"də çıxış edir. O, 232 oyun keçirib, 109 qol vurub və 30 məhsuldar ötürmə edib.
"Transfermarkt" oyunçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.