AZ

TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...

ABŞ prezidenti Donald Tramp TikTok sosial şəbəkəsinin Çin şirkətindən alınması ilə bağlı sövdələşmənin demək olar ki, hazır olduğunu deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə danışaraq, Vaşinqtonun Pekinlə iyulun 7 və ya 8-də müzakirələrə başlamaq niyyətində olduğunu bildirib: "Bizim müqaviləmiz demək olar ki, hazırdır. Çinlə danışıqlara bazar ertəsi və ya çərşənbə axşamı başlayacağıq. Düşünürük ki, yəqin ki, Çindən razılıq almalıyıq. Bu, dəqiq deyil, ehtimaldır".

İyunun 29-da Tramp Fox News-a müsahibəsində deyib ki, “bir qrup çox varlı insan” ByteDance-dən TikTok-u almağa hazırdır. Tramp daha sonra qeyd edib ki, o, bu alıcıların adını “təxminən iki həftə ərzində” deməyə hazır olacaq.

Musavat.com

Seçilən
7
12
musavat.com

10Mənbələr