AZ

Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2001-ci il təvəllüdlü Ç.Cəfərovu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
12
apa.az

10Mənbələr