AZ

Texasda daşqınlar: azı 13 nəfər öldü

ABŞ-nin cənubundakı Texas ştatında güclü yağışlar daşqınlara səbəb olub.

Bakues.az xəbər verir ki, təbii fəlakət zamanı azı 13 nəfər ölüb.

Çoxlu sayda itkin düşən sakinlər olduğundan ölənlərin sayının artacağı ehtimal edilir. Bundan əlavə, Texasdakı yay düşərgəsindən ən azı 20 qızın itkin düşdüyü bildirilir.

Məlumata görə, bölgədə ağaclar aşıb, evlərə və avtomobillərə ziyan dəyib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
4
35
icma.az

10Mənbələr