AZ

Maşın çökəkliyə düşdü - Sürücü öldü

Şəkidə qəza baş verib,ölən var.

"Unikal" xəbər verir ki, iyulun 4-də axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb. Nəticədə sürücü 70 yaşlı Akif Əliyev hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Seymur Əli

Seçilən
9
42
unikal.az

10Mənbələr