Soçidə azərbaycanlı qadın “Ukraynaya şöhrət!” şüarını səsləndirdiyinə görə saxlanılıb. Avtosfer.az "Baza"ya istinadən xəbər verir ki, 40 yaşlı Esmira B. Krasnodonskaya küçəsində həbs edilib. Qadın Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi fonunda etirazını bu şəkildə ifadə edib. Esmiranın özünün Rusiya vətəndaşı olduğu, lakin Azərbaycanda doğulduğu və yaşadığı bildirilir. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya açıq nümayişi) ilə protokol tərtib edilib. Esmira 15 sutkaya qədər həbs oluna bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta