AZ

İrəvan yenidən QARIŞDI – İnsanlar küçələrə axışır (VİDEO)

İrəvanda iş adamı Samvel Karapetyanın azad olunması tələbi ilə aksiya başlayıb.

KONKRET.az xəbər verir ki, Ermənistanda tanınmış biznesmen Samvel Karapetyanın həbsinə etiraz olaraq Yerevanda etiraz yürüşü keçirilir.

Aksiya iştirakçıları Maştots prospektindən start verərək şəhərin əsas küçələri ilə Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasına doğru hərəkət edirlər. Məhz həmin binada 2 aylıq həbs qərarı verilən Karapetyan hazırda təcrid olunmuş vəziyyətdə saxlanılır.

Qeyd edək ki, Karapetyan hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etməkdə ittiham olunur.

Natiq Səlim,
KONKRET.az

Seçilən
22
29
konkret.az

10Mənbələr