AZ

Tramp: “İran mənə zəng vurub atəş açacağını dedi, mən də dedim: Açın!”

ABŞ prezidenti Tramp ABŞ-ın İrana endirdiyi zərbələri yüksək qiymətləndirib.

Musavat.com "The Hill"-ə istinadən xəbər verir ki, Tramp İran üzərində uçan təyyarələrdə işləyən pilotlar və mexaniklərin Müstəqillik Gününü qeyd etmək Ağ Evdə olacaqlarını bildirib.

O, İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Qətərdəki ABŞ hərbi bazasına raket zərbələri endirməzdən əvvəl ABŞ-ı xəbərdar etdiyini təkrarlayıb: "Onlar o qədər alicənab davrandılar ki, mənə zəng edib 14 dəfə atəş açmaq istədiklərini söylədilər. Mən də dedim ki, açın. Və 14 yüksək keyfiyyətli, çox sürətli raket atdılar. Hamısı vuruldu".

Onun sözlərinə görə, İran rəsmiləri amerikalı həmkarları ilə görüşmək istəyirlər: "Düşünürəm ki, onlar görüşmək istəyirlər. Bilirəm ki, görüşmək istəyirlər. Əgər bu lazımdırsa, mən də görüşəcəyəm".

Musavat.com

Seçilən
35
8
musavat.com

10Mənbələr