İlhamverici və səmimi ab-havada keçən görüş zamanı hər bir iştirakçı özünü və fəaliyyət sahəsini təqdim edərək yeni tanışlıqların əsasını qoydu. Qadın sahibkarlığının müxtəlif sahələrdə təmsil olunması və bir-birini gücləndirməsi bu platforma görüşünün əsas mövzusuna çevrildi.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olundu, gələcək layihələr və təşəbbüslər üçün ortaq planlar quruldu. Heritus Logistics-in təcrübəli komandası ilə fikir mübadiləsi, qadınların logistik sektorda daha fəal iştirakına dair önəmli məqamları gündəmə gətirdi.
Adalia Beynəlxalq Qadın Platformasının qurucusu və rəhbəri Dilşad Əhədova görüş zamanı bildirdi:
“Biz qadınların bir-birindən öyrənə bildiyi, yeni fürsət qapılarının açıldığı belə platformaların sayəsində daha güclü və birləşmiş şəkildə inkişaf edirik. Heritus Logistics ilə başlayan bu dialoqun gələcəkdə mühüm layihələrlə nəticələnəcəyinə inanırıq.”
Ziyarət çərçivəsində Heritus Logistics-in iş mühiti ilə yaxından tanışlıq oldu, şirkətin qadın əməkdaşlarına yaradılan imkanlar və dəstək mexanizmləri təqdim edildi. Görüşün sonunda qarşılıqlı təşəkkürlər bildirildi və birgə əməkdaşlığın davamlılığına dair niyyət ifadə olundu.
Bu təşəbbüs Adalia Beynəlxalq Qadın Platformasının “Qadınlar üçün açıq qapılar” təşəbbüsünün növbəti addımı olaraq qadınların həm yerli, həm də beynəlxalq əməkdaşlıqlara çıxış imkanlarını artırmağa yönəlib.




10Mənbələr
-
baku.newsAdalia Beynəlxalq Qadın Platformasından Heritus Logistics-ə strateji ziyarət ( 18962857)
-
demokrat.azAdalia Beynəlxalq Qadın Platformasından Heritus Logistics ə Strateji Ziyarət FOTOLAR ( 18959719)
-
demokrat.azAdalia Beynəlxalq Qadın Platformasından Heritus Logistics-ə Strateji Ziyarət — FOTOLAR ( 18958684)
-
bakivaxti.azTacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır” ( 18943954)
-
bakivaxti.azTacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır” ( 18943951)
-
sia.az“ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır” - Tacikistan Prezidenti ( 18943885)
-
musavat.comTacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır” ( 18943864)
-
poliqon.infoEmoməli Rəhmon: Münaqişələrin qarşısını almaqla davamlı inkişafa nail ola bilərik ( 18943627)
-
apa.azEmoməli Rəhmon: Münaqişələrin qarşısını almaqla davamlı inkişafa nail ola bilərik ( 18942298)
-
sia.azCeyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə görüşüb - FOTOLAR ( 18927220)