Kərəm Dəmirbayın ''Qalatasaray''dan ayrılacağı ilə bağlı xəbərlər rəsmən təsdiqini tapıb. Belə ki, İstanbul nəhəngi sosial şəbəkə səhifələrində təcrübəli futbolçu ilə yolların ayrıldığını açıqlayaraq onun üçün vida sözləri paylaşıb.
Klubun paylaşımında ''duruşu, peşəkarlığı, səviyyəsi ilə beşinci ulduza gedən yolda pay sahibi olan ''dayı'' ləqəbli Kərəm Dəmirbaya klubumuza verdiyi faydaya görə təşəkkür edirik'' sözlərinə yer verilib.
Qeyd edək ki, Almaniyada doğulan və uzun illər Almaniya klublarında top qovan 32 yaşlı yarımmüdafiəçi ''Cim-Bom''a 2023-cü ildə ''Bayer-04''dən gəlmişdi. İlk mövsümdə qazanılan çempionluqda rolu heç də az olmayan Kərəm ötən mövsüm artıq əsas heyətdəki yerini itirmişdi. Ümumilikdə Dəmirbayın ''Qalatasaray'' karyerası 76 oyun, 7 qol, 10 məhsuldar ötürmə göstəriciləri ilə yadda qaldı. Bu iki il ərzində o, 4 titul qazandı. Kərəmin ''Eyüpspor''a keçəcəyi gözlənilir.
Futbolçu bu klubla hələ 3 həftə öncə anlaşıb. Kərəm bu yay rəsmi olaraq Dris Mertens və Fernando Musleranın ardından ''sarı-qırmızılar''la vidalaşan 3-cü futbolçu oldu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta