AZ

KİV: Çinin "TikTok"u ABŞ-a qarşı ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edir

Çinin "TikTok"u ABŞ-a qarşı ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə etdiyi bildirilir.

APA xəbər verir ki, bu barədə "New York Post" mənbəyə istinadən məlumat yayıb.

Çin hökuməti yalnız ABŞ-la aparılan ticarət danışıqlarında maksimum fayda əldə etdiyinə əmin olduqdan sonra "TikTok"un amerikalı sərmayədarlara satışını təsdiqləyəcək.

Qeyd olunur ki, Pekin hazırda razılaşmaya getmir və bu məsələni daha geniş miqyaslı ticarət danışıqlarının gündəliyinə çıxarmağa çalışır.

Seçilən
16
50
apa.az

10Mənbələr