BAKI, 4 iyul. TELEQRAF
Tacikistan Respublikasının Prezidenti EmoməliRəhmonun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.
Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident EmoməliRəhmonu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.