Xankəndidə Qərbi Azərbaycan mesajı
Ajans.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə bəyanatla çıxış edib. Görüşün yüksək səviyyədə keçirildiyini vurğulayan prezident bildirib ki, “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında bütün 57 üzv ölkənin yekdil qərarı ilə Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı Nazirlər Şurasının yekdil qərarlarına dair İstanbul Bəyannaməsində indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların sülh yolu ilə Ermənistandakı öz dədə-baba torpağına qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.”
Ajans.az görüşdən olan videonu sizlərə təqdim edir: