AZ

Beş futbolçu Mançester Yunayted i tərk etmək istədiyini açıqlayıb

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beş futbolçu - Markus Reşford, Antoni, Alexadro Qarnaço, Ceydon Sanço və Tirell Malasia "Mançester Yunayted"i tərk etmək arzusundadırlar.

İdman.biz xəbər verir ki, onlar bununla bağlı klub rəhbərliyini məlumatlandırıblar.

Adıçəkilən futbolçularda 4-ü ötən mövsümü icarə əsasında başqa klublarda keçiriblər. Sanço ötən yayda "Çelsi"yə, qışda isə Reşford "Aston Villa"ya, Antoni "Betis"ə, Malasia isə PSV-yə icarəyə göndərilib. Yalnız Qarnaço mövsümü "qırmızı şeytanlar"ın heyətində keçirib.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasını 42 xalla 15-ci pillədə başa vurub. Komanda Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə uduzaraq, avrokuboklarında kənarda qalıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
33
icma.az

10Mənbələr