AZ

Bu ilin beş ayı üzrə elmmetrik göstəricilər açıqlanıb

Bakı, 4 iyul, AZƏRTAC

2025-ci ilin ilk 5 ayı ərzində “Scopus” elmmetrik bazasında ümumilikdə 2755 məqalə nəşr olunub. Bu məqalələrdən 2000-dən çoxu Q1 və Q2 indeksli elmi jurnallarda nəşr olunub. Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.7 dəfə çox olub (Q1-1465, Q2-546).

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.

2024-cü il ərzində Q1 və Q2 indeksli elmi jurnallarda nəşr sayı cəmi nəşr sayının 53 faizini təşkil edirdisə, cari ilin ilk 5 ayı ərzində bu nisbət 73 faiz olub (2024-cü il üzrə 2447 Q1 və Q2, 2025-ci ilin 5 ayı ərzində 2011 Q1 və Q2).

“Clarivate TM” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2025-ci ilin ilk 5 ayı ərzində 1322 məqalə nəşr olunub.

Qeyd edək ki, “Web of Science” elmmetrik bazası üzrə kvartil göstəriciləri ilin yekunundan 6 ay sonra açıqlanacaq.

Seçilən
1
50
azertag.az

10Mənbələr