İran Prezidenti Məsud Pezeşkian Şuşa şəhərinə səfər edib.
Referans xəbər verir ki, o, iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirak edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian birlikdə Şuşaya gediblər.
Dövlət başçıları şəhərin mənzərəsini seyr ediblər. Onlar Yuxarı Gövhər Ağa məscidinə baxıblar.
İlham Əliyev iranlı həmkarına işğal dövründə Ermənistanın Şuşada törətdiyi vandalizm aktları və hazırda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.