İyulun 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Hafta.az xəbər verir ki, iclasda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib.
Həmin Qərara əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar verilib. pizza hut
Həmçinin "Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında" və "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihələri barədə məlumat verilib.
İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə" 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişiklik edilməsi haqqında Qərar səsverməyə qoyularaq qəbul edilib.