AZ

Polis paytaxt sakinini qəbiristanlıqda narkotikləri satan zaman saxlayıb VİDEO

Bakı, 4 iyul, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində narkokuryerliyə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb edildiyini bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Seçilən
15
50
azertag.az

10Mənbələr