AZ

Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır

Endokrinoloq Syuzan Ozanne Britaniya Tibb Elmləri Akademiyasında çıxışı zamanı bildirib ki, piylənməyə meyl beş yaşa qədər formalaşır və ömür boyu qalır.

E-saglam.az xəbər verir ki, Ozanne bildirib ki, əgər uşaq beş yaşına qədər artıq çəkiyə malik olarsa, bu, onun yetkinlikdə obez olma riskini xeyli artırır. Lakin həkim vurğulayıb ki, artıq çəkiyə görə uşağı və ya onun valideynlərini utandırmağa ehtiyac yoxdur, çünki bunun üçün ilkin şərtlər daha əvvəl formalaşır. O, konsepsiyadan iki yaşa qədər olan dövrü kritik bir an adlandırdı.

"İlk 1000 gün, ana bətnində olan vaxt da daxil olmaqla, uşaqları sağlam həyat trayektoriyasına salmaq üçün vacib bir fürsət pəncərəsidir", - dedi endokrinoloq.

Ozanne əlavə edib ki, bu tapıntıları nəzərə alaraq, hamiləlik dövründə qadınlara yaxşı yemək yeməyə kömək etmək və yeni doğulmuş körpələrdə piylənmə və sürətli çəki artımı riskini azaldan ana südü ilə qidalanmaya təşviq etmək çox vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
2
2
e-saglam.az

10Mənbələr