AZ

Ağstafada “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı keçirilib

RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Qərbi Azərbaycan İrsi” mövzusunda videoçarxa tamaşa olunub. Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində çap edilib. Rayon ağsaqqalı Gülgün Kərimov, Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Qazax-Ağstafa rayonları üzrə nümayəndəsi Elməddin Əmiraslanov və Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Şəfəq Heydərli mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

image-img-20250704-wa0067image-img-20250704-wa0066image-img-20250704-wa0065image-img-20250704-wa0064image-img-20250704-wa0063image-img-20250704-wa0062image-img-20250704-wa0061image-img-20250704-wa0060

Seçilən
0
26
moderator.az

10Mənbələr