AZ

Soçidə qadın soydaşımız SAXLANILDI - FOTO

Soçidə hüquq-mühafizə orqanları 40 yaşlı azərbaycanlı Esmira B. adlı qadını saxlayıblar.

Bizim.Media xəbər verir ki, o, küçədə “Yaşasın Ukrayna” deyə qışqırdığı üçün saxlanılıb.

İlkin məlumatlara görə, Rusiya vətəndaşı olan Azərbaycan əsilli Esmira bu ifadə ilə Rusiya
Azərbaycan münasibətlərindəki gərginlik fonunda etirazını bildirməyə çalışıb.

Hadisədən iki gün sonra qadın saxlanılıb. Ona qarşı “nasist simvollarının təbliği və ya ictimai nümayişin pozulması” maddəsi ilə inzibati protokol tərtib olunub. Esmiranı 15 sutkayadək inzibati həbs cəzası gözləyir.



Bizim.Media

Seçilən
0
18
bizim.media

10Mənbələr