AZ

Rusiyadan Azərbaycana daha bir təxribat: 3 ildir davam edirmiş

  Rusiyada son bir həftə ərzində “az” domenli internet saytlarına girişin məhdudlaşdırılması rezonans doğurub. Məlumata görə, əsasən mobil şəbəkələr üzərindən bu saytlara daxil olmaq mümkün deyil. Digər tərəfdən, bu situasiyada Azərbaycandakı bəzi veb resurslara potensial kiberhücum ehtimalları ilə bağlı narahatlıqlar gündəmə gəlib.

Saytlara mümkün kiberhücum təhlükəsi varmı?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, ehtimal olunan kiberhücumlarla Azərbaycan domeni “az” zonasına daxil olan saytların məhdudlaşdırılması arasında əlaqə yoxdur:

“Rusiyada “az” zonasında saytların məhdudlaşdırılması son üç ildən artıqdır ki, davam edən informasiya siyasətinə əsaslanır. Bu strategiya çərçivəsində internet üzərində müəyyən resurslar, yeni rəqəmsal məlumatlar və xəbərlər məhdudlaşdırılır. Bu isə kontentin qəsdən məhdudlaşdırılması ilə əlaqədardır və Azərbaycan ilk ölkə deyil”.

Mütəxəssis bildirib ki, bu, Rusiyanın apardığı siyasətin tərkib hissəsidir:

“Hazırda davam edən gərginliyə görə Rusiya öz ərazisində Azərbaycanın mövqeyinin qarşısını almaq və vətəndaşlarına bununla tanış olmağa mane olmaq istəyir”.  

Seçilən
6
28
referans.az

10Mənbələr