AZ

Şəhidin nişanlısı: "Ondan sonra ailə qurmadım, bu günə qədər yolunu gözlədim"

İtkin düşmüş hesab olunan şəhidin nişanlısı ailə qurmadığını, hər zaman onun yolunu gözlədiyini bildirib.

Demokrat.az bunu "Report"a iyulun 4-də Kəlbəcər şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin nişanlısı Sevda Bəhmənqızı özü deyib.

O, Mehmanla müharibədən sonra ailə qurmaq istədiklərini, amma bu arzularının çin olmadığını vurğulayıb:

"Biz ali məktəbdə oxuyanda tanış olmuşduq. Bir ildən çox nişanlı qaldıq. Müharibədən sonra ailə qurmağı niyyət etmişdik. Sonuncu dəfə Ağdama gələndə mənə çoxlu hədiyyələr almışdı.

Mehman gedəndən bir neçə gün sonra yuxuda onun qan içində boğulduğunu gördüm. Bundan bir neçə gün keçmiş qardaşım evə gəlib Taxtabaşı kəndinə ermənilərin hücum etdiklərini və qaynımın yaralandığını xəbər verdi.

Mən ona dedim ki, yox, Mehmana nəsə olub. Qardaşım məni yayındırmağa çalışsa da, təkid etdiyimi görüb, Mehmanın itkin düşdüyünü söylədi.

Seçilən
15
9
demokrat.az

10Mənbələr