AZ

Gülməyi və rəhm etməyi bacarırlar: Unikal bonobo şimpazeləri haqqında nə məlumdur?

Bonobo şimpazeləri planetdəki ən sirli və qeyri-adi primatlar arasındadır. Onlar insanın ən yaxın qohumlarıdır və adi şimpazelərə bənzəsələr də, davranışları, sosial quruluşları, intellektləri sadəcə heyrətamizdir. Bonobolar yaşayış şəraitindən asılı olaraq 40 ilədən 60 ilədək yaşayırlar.

HİT.az xəbər verir ki, bu gün biz bonobolarda nəyin bu qədər xüsusi olduğuna baxacağıq. Əvvəla qeyd etmək lazımdır ki, bu şimpazələrin qruplarında dişilər üstünlük təşkil edir – onlarda anaerkil quruluş var. Eyni zamanda, onlar erkəkləri əzmir, əksinə, möhkəm sosial əlaqələr və minimum aqressiya səviyyəsi ilə tarazlıq yaradırlar.

Maraqlıdır ki, dişilər öz mövqelərini cəmiyyətdə qızlarına ötürürlər. Belə sabit münasibət sistemi onların icmasını çox birləşmiş və sabit edir.

Adi şimpazələr tez-tez ərazilər uğrunda müharibə aparır və qohumlarını öldürürlər, bonobolar isə belə etmir. Onlarda aqressiya nadir hallarda ölümlə nəticələnir, çünki onlar şiddətsiz yaşamağı üstün tuturlar.

Bonobo şimpazelərinin cinsi davranışı da təbiətdə adət olan davranışdan çox fərqlidir. Onlar cinsi əlaqəyə təkcə nəsil artırmaq üçün deyil, həm də ünsiyyət üçün, münaqişələri həll etmək, həyəcanı azaltmaq və etimad qurmaq üçün girirlər. Eyni zamanda, onların tərəfdaş seçimi əks cinslə məhdudlaşmır.

Bonobolar rəhm, fədakarlıq və empatiya göstərməyi bacarırlar. Qrupda birinin problemi olsa, digərlər onu təsəlli edir, yeməyini bölüşür və ona daha çox diqqət yetirirlər. Onlar dərhal fayda gətirməsə belə, əməkdaşlığı seçirlər.

Əgər erkəklər aqressiya göstərsə, hətta qohum olmayan dişilər birləşib ittifaqlar yaradır və iyerarxiyanı qorumağa kömək edirlər.

Bundan əlavə, əgər dişilərdən birində süd azdırsa və ya ümumiyyətlə yoxdursa, ya da o məşğuldursa, onun qadın dostu körpəni bəsləyə və ona qulluq edə bilər.

Başqa bir gülməli fakt ondan ibarətdir ki, bu şimpazelər gülməyi bacarırlar. Öz oyunları zamanı onlar hətta bir-birlərinin qıdıqlaya bilirlər. Onların gülüşü intonasiya etibarilə insan gülüşündən fərqlənsə də, eyni funksiyanı yerinə yetirir.

Bundan əlavə, bonobolar özlərini güzgüdə tanıya bilirlər. Onlar fillər, delfinlər və qarğalar kimi özünüdərk testindən uğurla keçirlər.

Bu primatlar vizual simvolları, ingilis dilindəki əmrləri başa düşə bilirlər ki, bu da onların yüksək intellekt səviyyəsini sübut edir.

Onlar planetdə yalnız bir yerdə – Konqo Demokratik Respublikasında, Konqo və Kasay çayları arasındakı cəngəlliklərdə yaşayırlar. Bu isə onları zəif vəziyyətə salır.

Samir

Seçilən
1
50
hit.az

10Mənbələr