AZ

AZAL-da nə baş verir? - Naxçıvan reysləri ləğv edilərək başqa...

AZAL tərəfindən 7 iyul tarixində Naxçıvandan Bakıya yola düşəcək olan J2251 və 2 avqust tarixində yola düşəcək J2262 relslərin uçuş saatlarında dəyişiklik edib.


Bununla bağlı redaksiyamıza vətəndaş şikayəti daxil olub. Vətəndaş bildirir ki, ona AZAL tərəfindən heç bir səbəb göstərilmədən sadəcə uçuş saatının dəyişdirilməsi ilə bağlı bildiriş mesajı göndərilib. Naxçıvana iş görüşünə gedəcəyini bildirən vətəndaş saat dəyişikliyinin onun planlarına uyğun olmadığını bildirib və bu səbəbdən iş görüşünü ləğv edəcəyi təqdirdə yüklü miqdarda gəlirdən məhrum olma ehtimalı olduğunu qeyd edib. 


AZAL-ın göndərdiyi bildiriş mesajını olduğu kimi təqdim edirik:

"Azerbaijan Airlines təəssüflə bildirir ki, J2251 reysi ilə bağlı uçuş cədvəlində dəyişiklik olub. Yeni uçuş J2263 reysi ilə 07 iyul tarixində saat 10:50-də GYD hava limanından (Bakı) yola düşəcək və 07 iyul saat 12:10-da NAJ hava limanına (Naxçıvan) çatacaq.


Yaranmış narahatlığa görə üzr istəyirik. Dəyişikliyi qəbul etmək üçün zəhmət olmasa e-poçtunuzu yoxlayın."
  






Belə olan halda vətəndaş nə edə bilər? Əgər dəyişiklik vətəndaşa maddi baxımdan ziyan vurursa, o, şirkətdən təzminat tələb edə bilərmi?


Hüquqşünas Ramil Süleymanov Referans-a açıqlamasında bu sualları cavablandırıb.




“Bununla bağlı Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, tərəflər bir-birlərinə vurmuş olduqları zərəri, o cümlədən, əldən çıxmış faydanı bir-birlərindən tələb etmək hüququna malikdirlər. Bildirmək istəyirəm ki, əgər 7 iyul və 2 avqust tarixləri ilə bağlı qabaqcadan məlumat verilibsə, həmin biletin əvəzinə başqa bir bilet almaqla o istiqamətdə uçuşunu təmin edəcəyi təqdirdə düşəcəyi əlavə zərərlərə görə AZAL-dan bu məbləği tələb edə bilər. İndiki halda isə vətəndaş bu bildirişdən sonra heç bir hərəkətlilik göstərməzsə, bu, gələcəkdə AZAL-ın mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər və qurum vətəndaşı hər hansısa hərəkətə keçməməklə günahlandıra bilər. Hətta vətəndaşın bu haldan məmnun qalacağı anlamına gəlməklə ona vurulmuş zərəri ümumiyyətlə ödəməməyə gəlib çıxa bilər”.

 

Fidan Vəlisoy 

Seçilən
19
50
referans.az

10Mənbələr