AZ

Astarada ağacdan yıxılan kişi ölüb

Astarada ağacdan yıxılan kişi ölüb.

“Report”un cənub bürosunun məlumatına görə hadisə rayonun Ovala kəndində baş verib. Belə ki, Ağ Körpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev ağac budayarkən 30 metr hündürlükdən yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonar meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
34
report.az

10Mənbələr