Bakı. Trend:
Bakıda mikromobilliyin inkişaf etdirilməsi prosesi davam edir.AYNA tərəfindən infrastrukturun genişləndirilməsi, velosiped vəskuterlərlə rahat və təhlükəsiz hərəkət üçün mikromobillikzolaqlarının uzunluğunun artırılması və onların bağlılığının təminedilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq,velosiped parkının genişləndirilməsi üçün də addımlar atılır.
AYNA-dan Trend-ə verilən məlumata görə, artan tələbatı nəzərəalaraq “APAR” şirkəti bu günlərdə paytaxta yeni elektriklivelosipedlərin gətirilməsi və istifadəyə verilməsini təminedib.
Müasir rəqəmsal texnologiyalar əsasında yaradılmış platformadanistifadə edərək velosiped həvəskarları onları şəhərin müxtəlifyerlərində yaradılmış məntəqələrdə icarəyə götürə bilərlər.
Yeni velosipedlər ən son texnologiyalar əsasında yaradılıb vəəvvəlki modellərlə müqayisədə bir sıra üstünlüyə malikdir.Konstruksiyanın təkmilləşdirilməsi sayəsində onlar istismarda dahapraktikdir, yeni erqonomik dizayna və daha az çəkiyə malikdir,hərəkət sürətini və batareyanın doldurulma səviyyəsini göstərəndispleylə təchiz edilib. Oturacağın hündürlüyünü insan boyuna dahadəqiq uyğunlaşdırmaq mümkündür ki, bu da hərəkət zamanı rahatlığıvə təhlükəsizliyi təmin edir.
Mikromobillik infrastrukturunun daha da inkişaf etdirilməsi,velosiped və skuter parkının yenilənməsi üzrə işlər davametdiriləcək.