AZ

Gül Həsən Rusiyaya səfir təyin olundu

Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsən etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkoya təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Artıq Moskvadakı Əfqanıstan səfirliyinin binasında Əfqanıstanın dövlət bayrağı asılıb.

Bununla da Rusiya bir çox ölkələrdə terror təşkilatı kimi tanınan "Taliban" hərəkatının rəhbərlik etdiyi Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkədir.

"Taliban"a Rusiyada uzun müddət qadağa qoyulsa da, 2024-cü ilin dekabrında Dövlət Duması onun terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun qəbul edib. Aprelin 17-də isə Rusiya Federasiyasının Ali Məhkəməsi "Taliban"ın Rusiyadakı fəaliyyətinə qadağanı ləğv edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr