Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda narkotik maddələr satan şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirovdur. O, qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir. pizza
Telegram kanalımız