AZ

"Barselona" rəhbərliyi şokda: Onunla bağlı xəbəri sosial şəbəkədən öyrəniblər

"Barselona" Uilyamsın müqaviləni uzatdığını ilk dəfə "Atletik"in sosial şəbəkədə paylaşdığı açıqlamadan öyrənib.

Publika.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Kataloniya klubunda bu xəbərə təəccüblə yanaşıblar və futbolçunun bu barədə onlara əvvəlcədən heç nə deməməsi məyusluqla qarşılanıb. Qərara gəlinib ki, gələcəkdə İspaniya millisinin üzvünün transferi bir daha gündəmə gətirilməsin. Hətta o, bunu şəxsən istəsə belə.

"Barselona" uzun müddət "Atletik"in cinah oyunçusu Niko Uilyamsın transferi üçün danışıqlar aparmağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb. futbolçunun özü də Kataloniya klubunda oynamaq istəyib, lakin "Barsa" ona transferin rəsmi qeydiyyatı ilə bağlı heç bir zəmanət verməyib. Buna səbəb klubun davam edən maliyyə problemləridir.

Seçilən
4
43
publika.az

10Mənbələr