Rusiya və Ukrayna arasında aparılan danışıqlarda strukturlaşdırılmış format və razılaşdırılmış gündəmin olmaması irəliləyişin qarşısını alır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RBK-ya müsahibəsində ATƏT-in sabiq baş katibi və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin icraçı direktoru Tomas Qreminqer danışıb.
“Əsas olan odur ki, tərəflər yenidən strukturlaşdırılmış danışıqlar prosesinə qayıtsınlar. Hazırda məhz bu çatışmır”, – deyə o bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya və Ukrayna arasında yenidən təmasa səbəb olan siyasi impulsları müşahidə edir.
Qreminqer əlavə edib ki, tərəflər arasında bir neçə dəfə hərbi əsirlərin mübadiləsi baş verib və bu, kiçik məsələ deyil. O, 2022-ci ildə nümayəndə heyətləri arasında aparılan danışıqların daha strukturlaşdırılmış olduğunu vurğulayıb.