AZ

Bakı və Sumqayıtda 359 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır

BAKI, 4 iyul. TELEQRAF

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksində 79, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 280 yeni, tam təmirli mənzilləri satışa çıxarıb.

Fonddan Teleqraf-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Həmdəm Ağayev və Zəfər küçələrində inşa olunan yaşayış kompleksində yerləşən mənzillər 3 və 4 otaqlı, Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində yerləşən mənzillər isə 1, 2 və 3 otaqlıdır.

Yeni mənzillər seçim üçün 14.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7280 kirayə müqaviləsi bağlanılıb.

Seçilən
9
29
teleqraf.com

10Mənbələr