ABŞ ordusu Meksika sərhədi boyunca Nyu-Meksiko və Qərbi Texas səhralarında minlərlə "məhdudiyyətli giriş-çıxışa malik hərbi zonalar" yaradaraq minlərlə "məhdudiyyətsiz" işarələr yerləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell məlumat yayıb.
O, ölkənin cənubunda hərbi varlığını artırmaq üçün Meksika sərhədinin təxminən üçdə birini əhatə edən yeni hərbi zonaların elan edildiyini açıqlayıb.
Sözçü Parnell bildirib ki, hərbi zonaların genişləndirilməsi sərhəddə insan alveri şəbəkələri və narkotik kartelləri ilə mübarizədə "təhlükəsizlik boşluqlarını aradan qaldırmaq" məqsədi daşıyır.
ABŞ-ın sərhəddə tam nəzarətin qurulmasında "fövqəladə irəliləyiş" əldə etdiyini bildirən Parnell, bu istiqamətdə səylərin qətiyyətlə davam edəcəyini bildirib.