AZ

"Ondan sonra ailə qurmadım, 32 il yolunu gözlədim" - Şəhidin nişanlısı

İtkin düşmüş hesab olunan şəhidin nişanlısı ailə qurmadığını, hər zaman onun yolunu gözlədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bunu "Report"a iyulun 4-də şəhər qəbiristanlığında dəfn edilən Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Musayevin nişanlısı Sevda Bəhmənqızı danışıb.

O, Mehmanla müharibədən sonra ailə qurmağı niyyətlədiklərini, amma bu arzularının çin olmadığını vurğulayıb:

“Biz ali məktəbdə oxuyanda tanış olmuşduq. Bir ildən çox nişanlı qaldıq. Müharibədən sonra ailə qurmağı niyyətləmişdik. Sonuncu dəfə Ağdama gələndə mənə çoxlu hədiyyələr almışdı.

Mehman gedəndən bir neçə gün sonra yuxuda onun qan içində boğulduğunu gördüm. Bundan bir neçə gün keçmiş qardaşım evə gəlib Taxtabaşı kəndinə ermənilərin hücum etdiklərini və qaynımın yaralandığını xəbər verdi.

Mən ona dedim ki, yox, Mehmana nəsə olub. Qardaşım məni yayındırmağa çalışsa da, təkid etdiyimi görüb Mehmanın itkin düşdüyünü söylədi.

Ondan sonra ailə qurmadım, bu günə qədər Mehmanın yolunu gözlədim. İndi yeganə təskinliyimiz onun doğma torpağa tapşırılması, ziyarət edəcəyimiz bir məzarının olmasıdır”.

Seçilən
6
50
redaktor.az

10Mənbələr