İspaniyalı yarımmüdafiəçi Rodriqo Rikelme karyerasını “Betis”də davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Sevilya klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
O, “Atletiko Madrid”in akademiyasında yetişib və əsas komandada debütünü 2018/2019 mövsümündə gerçəkləşdirib. Sonrakı illərdə “Mirandes”, “Bornmut” və “Jirona”da icarə əsasında çıxış edən Rikelme 2023/2024 mövsümündə yenidən “Atletiko”ya qayıdaraq UEFA Çempionlar Liqasında da forma geyinib.
İspaniyanın müxtəlif yaş qruplarından ibarət yığmalarında müntəzəm çıxış edən futbolçu, 2023-cü ilin noyabrında milli komandanın əsas heyətində debüt edib.