AZ

Suriya İsraillə razılığa gəlmək istəyir

Suriya İsraillə 1974-cü il razılaşmasına qayıtmağa hazırdır.

Aktual.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.

O, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Suriyanın Vaşinqtonla bu mövzuda əməkdaşlıq etmək istədiyini bildirib.

Qeyd edək ki, İsrail və Suriya arasında 1974-cü ildə imzalanan müqavilə hər iki ölkə ordularının toqquşmadan yayınmasını nəzərdə tuturdu.

Seçilən
3
15
ulusum.az

10Mənbələr