Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri bu gün başa çatıb.
News365.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
***
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabirin Azərbaycana səfəri iyulun 4-də başa çatıb.
News365.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov yola salıb.