Hazırda altsistemdə təxminən 1,7 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanıb ki, bu da mövcud müqavilələrin 93%-ni təşkil edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
O qeyd edib ki, Dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsində Nazirlik mərkəzi icra hakimiyyəti orqanları arasında üç il ardıcıl olaraq birinci yerə layiq görülüb və 2024-cü ilin nəticələrinə əsasən 97,77 % göstərici ilə vətəndaş məmnuniyyətinin təmin olunması sahəsində əldə etdiyi uğuru bir daha təsdiqlənib.
""DOST" Mərkəzlərində əhaliyə vahid platformadan 161 xidmət təqdim edilir, həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faizdir.
Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərinrəqəmsallaşdırılmasında mühüm nailiyyətlər əldə edilmişdir. Nazirliyimizin təqdim etdiyi 159 xidmətdən 90%-dən çoxu tam elektronlaşdırılmış, onlardan 60 xidmət isə proaktiv təqdim olunur. Bu rəqəmsal transformasiya nəticəsində vətəndaşlar daha az vaxt sərf etməklə, şəffaf və çevik formada sosial xidmətlərə çıxış əldə edir, proseslərdə fiziki iştirak zərurəti minimuma enir"- deyə nazir vurğulayıb.