Gəncədə evdə partlayış: Xəsarət alan var
Ajans.az xəbər verir ki, hadisə şəhərdə evdə qeydə alınıb. Şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Fakt araşdırılır. 