AZ

Dünyanın ən çox dəyər itirən valyutaları SİYAHI

ain.az, Modern.az saytına istinadən bildirir.

Dünyada valyuta bazarlarında baş verən son dəyişikliklərə əsasən, 2025-ci ilin ilk yarısında bir sıra ölkələrin milli valyutaları ABŞ dolları qarşısında ciddi şəkildə ucuzlaşıb.

Modern.az xəbər verir ki, ən çox dəyər itirən valyuta Venesuela bolivarı olub. Yanvarın 1-də 1 ABŞ dolları almaq üçün 52 bolivar tələb olunurdusa, iyunun 27-nə bu rəqəm 106 bolivara yüksəlib. Beləliklə, valyuta il ərzində 51 faizucuzlaşıb.

Ekspertlər bu prosesin səbəbləri kimi Venesuelada davam edən yüksək inflyasiyanı, dollar ehtiyatlarının azalmasını, sabit məzənnə rejiminin ləğvini və ABŞ sanksiyalarının neft ixracına yaratdığı qeyri-müəyyənliyi göstərirlər.

Reytinq cədvəlində ikinci yerdə Cənubi Sudan funtu qərarlaşıb. Valyuta 2025-ci ilin ilk altı ayında 15% dəyər itirib. Beynəlxalq Valyuta Fonduna (IMF) görə, Cənubi Sudan bu il dünyanın ən zəif iqtisadi göstəricilərinə sahib ölkəsi olacaq. Ölkənin əsas gəlir mənbəyi olan neft ixracı, qonşu Sudanda davam edən müharibə səbəbindən ciddi şəkildə pozulub. Bu, Cənubi Sudanın gündəlik təxminən 7 milyon dollarlıq gəlir itkisi ilə nəticələnib. Ölkədə hökm sürən hiperinflyasiya və siyasi qeyri-sabitlik vəziyyəti daha da çətinləşdirir.

Ən çox dəyər itirən 10 valyuta 

Sıra

Ölkə

Valyuta

Dəyər İtkisi (%)

1

Venesuela

Bolívar

-51%

2

Cənubi Sudan

Funt

-15%

3

Argentina

Peso

-13%

4

Türkiyə

Lira

-11%

5

Liviya

Dinar

-9%

6

Tanzaniya

Şillinq

-8%

7

Liberiya

Dollar

-8%

8

Surinam

Dollar

-7%

9

Efiopiya

Birr

-6%

10

Ruanda

Frank

-5%

Qeyd edək ki, bu siyahıya daxil olan 10 ölkədən 6-sı Afrikada yerləşir və onların əksəriyyətində iqtisadi böhran, siyasi qeyri-sabitlik və inflyasiya səviyyəsi yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, milli valyutaları tez-tez dəyər itirən ölkələrdə insanlar üçün ABŞ dolları kimi sabit valyutalara çıxış imkanları məhdud olur. Fiziki dolların azlığı və zəif valyuta ehtiyatları bu problemi daha da dərinləşdirir.

Bu vəziyyətdə rəqəmsal dollarlar (stablecoin-lər) alternativ həll yolu kimi önə çıxır. ABŞ dollarına bağlanmış bu rəqəmsal valyutalar dəyərini sabit saxlayır və insanların yalnız smartfon vasitəsilə – hətta bank hesabı olmadan belə – maliyyə sisteminə çıxışını təmin edir.

Rəqəmsal aktivlər vasitəsilə insanlar sərvətlərini inflyasiyadan qoruyaraq daha sabit maliyyə mühiti əldə edə bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
27
modern.az

10Mənbələr