BAKI, 4 iyul. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlər qrupu iyulun 4-də İranı tərk edərək Vyanaya qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə AEBA-nın açıqlamasında bildirilib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də Tehranla AEBA arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.