AZ

"Qardaşlar Mebel" 2024-cü ili mənfəət ilə başa vurub

Azərbaycanın tanınmış mebel istehsalçısı "Qardaşlar Mebel" QSC 2024-cü ili 1 milyon 21 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 124 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Qardaşlar Mebel" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 15 milyon 66 min manat ikən, 2024-cü ildə 14 milyon 919 min manat təşkil edib. 

ŞİRKƏT BÖYÜYÜB

31 dekabr 2024-cü il tarixində "Qardaşlar Mebel" QSC 8 milyon 759 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 7 milyon 791 min manat cəmi aktivlərə malik idi. 

2024-cü ilin sonunda "Qardaşlar Mebel"in işçilərinin sayı 397 nəfər olub. Ötən il Şirkət tərəfindən 76 nəfər işə qəbul olunub. 

"Qardaşlar Mebel" QSC-nin nizamnamə kapitalının 100%-i iş adamı Əli Mirzəyevə məxsusdur.

Qardaşlar-MebelmənfəətgəlirmebelƏli Mirzəyev
Seçilən
4
3
marja.az

10Mənbələr