ABŞ-ın Detroyt şəhərində yerli sahibkar və ictimai xadim Darrelle Tomasın xatirəsinə helikopterdən minlərlə dollar nağd pul atılıb.
Publika.az xəbər verir ki, bu barədə "Mothership" məlumat yayıb.
Qeyri-adi hadisə Tomasın son arzusuna uyğun təşkil edilib. O, şəhər sakinlərinə və onun icmasına öz təşəkkürünü bildirmək istəyib. Onun bacısı qızı Kristal Perri telekanala dediyi kimi, bu, "həyatında əhəmiyyət kəsb edən hər kəsə təşəkkür etmək üçün bir yoldur".
Tomasın Smouk kimi tanınan oğlu da tədbirin təşkilində köməklik edib. O, atasının rayonda dərin hörmət sahibi olduğunu, ailəni, camaatı hər zaman ön planda tutduğunu qeyd edib:
"Detroyt, sən atamın kim olduğunu bilmirsən, amma o, böyük idi. O, öz icmasında əfsanə idi" deyib.
Hadisə şahidləri atmosferin təəccüblü dərəcədə sakit və hətta təntənəli olduğunu bildiriblər.