AZ

“AzerGold” QSC-nin daha bir sosial layihəsi uğurla icra edilib (FOTO)

Bakı. Trend:

“AzerGold" QSC-nin təşkilatçılığı ilə həyata keçirilən "Şəhid vəmüharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafınadəstək" layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə 2aylıq intensiv təlimlər başa çatıb.

İyunun 30-da peşə təlimi proqramını uğurla tamamlayanmüdavimlərin Elm və Təhsil Nazirliyinin tabeliyində TəhsildəKeyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilintanınması” serfitikatları ilə təltif olunması mərasimikeçirilib.

Gəncə şəhərində təşkil olunmuş tədbirdə “AzerGold” QSC-nin İdarəHeyətinin üzvü - sədrin müavini, Korporativ Sosial MəsuliyyətKomitəsinin sədri Xəyyam Fərzəliyev, Gəncə Şəhər İcra Hakimiyyətibaşçısının müavini Adil Tağıyev, Daşkəsən Rayon İcra Hakimiyyətibaşçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətibaşçısının müavini Arzu Qocayev, İqtisadiyyat Nazirliyi, YeniAzərbaycan Partiyası, “Honey Cake Studio” kulinariya incəsənətməktəbinin nümayəndələri və digər ictimaiyyət təmsilçiləri iştirakediblər.

Tədbir peşə təlimi proqramında iştirak etmiş Gəncə şəhəri,Daşkəsən, Göygöl və Samux rayonlarından olan, həssas əhali qrupunaaid 15 nəfər evdar qadının hazırladığı qənnadi məmulatlarınındequstasiyası ilə başlayıb. Tədbir iştirakçıları təqdim olunanşirniyyatları böyük məmnuniyyətlə dadaraq, onların keyfiyyətiniyüksək qiymətləndiriblər.

Tədbirin rəsmi hissəsində isə şəhid və müharibədə yaralananlarınailə üzvlərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasınaxidmət edən layihənin dövlətimizin sözügedən istiqamətdə yürütdüyüardıcıl və düşünülmüş siyasətə əlavə töhfə vermək, həssaskateqoriyaya aid vətəndaşlarımızın sosial müdafiəsini gücləndirmək,onların iqtisadi müstəqilliyinin, sosial fəallığının artırılmasınadəstək olmaq məqsədi daşıdığı bildirilib. Peşə təlimi proqramındaiştirak etmiş qadınların qənnadçı-şirniyyatçı peşəsi üzrə əməkfəaliyyətinə cəlb edilməsi istiqamətində layihənin digərtərəfdaşları tərəfindən müvafiq dəstək tədbirlərinin həyatakeçirilməsinə başlanıldığı bildirilib.

Tədbirdə, həmçinin təlim proqramının yekunu olaraq TəhsildəKeyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilintanınması” imtahanında iştirak edib uğur qazanan müdavimlərəpeşəkar fəaliyyətə imkan yaradan sertifikatlar təqdim olunub.

Qeyd edək ki, şəhid ailəsi üzvü və müharibə iştirakçıları“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələriçərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyənedilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmişlayihələr həyata keçirilir. Bu layihələrə müxtəlif istiqamətlərüzrə təlimlər, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, maddiyardımlar, sağlamlıq aksiyaları, daimi işlə təminat və digər sosialproqramlar daxildir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Seçilən
0
3
az.trend.az

10Mənbələr