AZ

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

"Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır".

Far.Az report-a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir:

"Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33% təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18%-lik artım deməkdir".

Seçilən
1
50
far.az

10Mənbələr