Azərbaycan və Pakistan arasında qarşılıqlı sərmayələrin fəal təşviqi müzakirə edilib.
Day.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında tərəfdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd edilib.