AZ

Nigeriya rəsmisi: Məqsədimiz ekoloji balansı qoruyaraq iqtisadi inkişafı təmin etməkdir

XANKƏNDİ, 4 iyul. TELEQRAF

"İqlim davamlılığı gələcəyimizin təminatı üçün zəruri şərtdir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

"Nigeriya bu istiqamətdə mühüm addımlar atmaqda davam edir və gələcəkdə də atacaq. Ölkə daha təmiz enerji mənbələrinin inkişafına dəstək verir və 2030-cu ilə qədər bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etməyi hədəfləyir.

Nigeriyanın məqsədi ekoloji balansı qoruyaraq iqtisadi inkişafı təmin etmək, karbon izini azaltmaq və dayanıqlı enerji istifadə imkanlarını genişləndirməkdir. Bu addımlar regionda iqlim dəyişikliyi ilə mübarizədə önəmli nümunə olacaq".

Seçilən
3
27
teleqraf.com

10Mənbələr