XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Beşillik qısa müddətdə bu torpaqların Qarabağ fatehi İlham Əliyevin rəhbərliyi altında misilsiz xalq birliyi ilə yenidən inşası bizi qürurlandırır".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
E.Tatar bildirib ki, ölkəsi 10 ildir ki, müşahidəçi qismində təşkilatda təmsil olunur:
"Dünyanın ən yaxşı 1000 universiteti arasında 4 təhsil universitetimiz var var. Qardaş Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq edəcəyimizə ümidliyəm. Dünyada və bölgəmizdə sülhə və əməkdaşlığa ən çox ehtiyac duyduğumuz dönəmdəyik. Ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən layiq olduğuna sahib olmalıdır. Biz yunanlarla xalqlarımızın rifahı üçün bir neçə sahədə əməkdaşlığda maraqlıyıq".