Xankəndi. Trend:
Qazaxıstan Xəzər dənizində limanların potensialını aktiv şəkildəinkişaf etdirir.
Trend-inXankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunuQazaxıstanın baş naziri Oljas Bektenov İqtisadi ƏməkdaşlıqTəşkilatının 17-ci Zirvə görüşündə deyib.
“Qazaxıstan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlılogistik qovşağa çevrilməkdədir. Biz vacib multimodal marşrutları –Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, həmçinin,Qazaxıstan və Türkmənistandan marşrutları aktiv şəkildə inkişafetdiririk.
Həmçinin, bizim Xəzər dənizindəki limanların potensialınıngenişləndirilməsi istiqamətində faəl iş aparılır. Aktau limanındakonteyner qovşağı artıq açılıb, Kurık limanında isə çoxfunksionalterminal inşa olunur”, - deyə o bildirib.
Bektenov qeyd edib ki, Qazaxıstan daim çoxtərəfli əməkdaşlığınvə açıq iqtisadi məkanın formalaşdırılmasının tərəfdarı olub.Hazırda Qazaxıstanın İƏT-ə üzv dövlətlərlə ticarət dövriyyəsimüsbət dinamika nümayiş etdirir.